“Hələlik sərt karantin dövrü davam etdiyindən 190 manatlıq birdəfəlik ödəmələrə ehtiyac var. Nəzərə alaq ki, iyul ayında da bötüvlükdə sərt karantin tətbiq edilir”. Bunu Modern.az-a açıqlamasında Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov işsiz vətəndaşlar üçün ödənilən vəsaitlərin bloklaşdırılmasına münasibət bildirərkən deyib.
V.Əhmədov deyb ki, çox sayda insanlar bununla bağlı müraciət edir:
“Mart ayından indiyədək bəziləri istisna olmaqla, əksər sahələrin fəaliyyəti dayandırılıb. İnsanlar faktiki olaraq işsiz, çörəkpulusuz qalıb. Bunları nəzərə almaq lazımdır. Vətəndaşlar dolana bilmir. Doğrudur, dövlət büdcəsində müəyyən problemlər yarana bilər, amma insanları çətin vəziyyətdə qoymaq olmaz. Bildiyiniz kimi, cənab Prezident dünən su ehtiyatları ilə bağlı geniş iclas keçirdi. Bu sahədə ciddi problemlər ortaya çıxıb. Onların həlli üçün də kifayət qədər vəsait lazımdır. Amma mən hesab edirəm ki, əhalinin gündəlik ehtiyaclarını ödəməsi üçün 190 manatın verilməsi davam etdirilməlidir. Çünki hələ də 14 rayon və şəhərdə sərt karantin davam edir”.
Deputat həmçinin deyib ki, iyun ayı üçün nəzərdə tutulan ödənişlər kimlərə verilməlidirsə, bu ödənişlər kəsilməməlidir: “Vətəndaşın kartı niyə bloklanmalıdır?! Bəlkə o dərmanpulu saxlayıb, hansısa ehtiyacı üçün az-az xərcləyəcək onu. Bəlkə vətəndaşın problemi olub, bəlkə borc alıb, kartdan pulu çıxara bilməyib?! Düşünürəm ki, bu məsələ tez bir zamanda öz həllini tapmalıdır. İş yeri bağlı və ümid yeri kartdakı 190 manat olan vətəndaş sərt karantində nə ilə dolanır?! Bunu da düşünmək lazımdır”.


Şərhlər
Ay Vahid müəllim,190 manatla yara sağalmır.4 nəflik ailə 190 manata nə edəcək?Bunlar hələ onu verməmək üçün ayının 52 oyununu oynayırlar. Məsələ ciddi və bir dəfəlik həll edilməlidir.Ölkə vətəndaşlarının talei sanki Sahil Babayevdən asılı qalıb.O da ki....
halal olsun!
Vahid müəllim ,Siz yeganə adamsınız ki,ac-0yalavac xalqın dərdini hiss edirsiniz.Kaş,Şahmar Mövsümov da Allahdan qorxub həqiqəti deyə biləydi.Allah hər kəsin əməllərindən xəbərdardır.Böyük pulları ilə kef-damaqda olanb,xalqın vəziyyətuinə xor baxanların düşəcəyi gərgin vəziyyət də var.
CƏNAB PREZİDENT ILHAM ƏLİYEV GÖSTƏRİŞ VERDİ Kİ, İMKANSIZLARA 190 M. YARDIM VERİLSİN. ƏƏSMN - İ SAHİL BABAYEV İSƏ KİMƏ İSTƏYİRDİ ONA DA VERDİ. HEÇ BİR ƏSAS OLMADAN MƏNƏ VERMƏDİKLƏRİ ÜÇÜN 11 MAYDA ŞİKAYƏT MƏKTUBU YASMIŞAM. CƏNAB SAHİL BABAYEV (70 GÜNDƏN ÇOXDUR) 31646 NÖMRƏLİ MƏKTUBUMA BU GÜNƏ QƏDƏR ÇAVAB VERMİR. 190M. VERİLMƏMƏ SƏBƏBİNİ TAPA BİLMƏDİKLƏRİ ÜÇÜN. VƏTƏNDAŞIN KARANTİNDƏ NƏ YEYİB İÇDİYİ NAZİRİN VECİNƏ DƏ DEYİL.