Rasim Balayev karantinə alındı

Xalq artisti, aktyor Rasim Balayev 14 günlük karantinə alınıb.

Bu barədə Kult.az-a xalq artisti özü məlumat verib.

O bildirib ki, koronavirusa yoluxmayıb:

“Bir neçə gün öncə müayinə üçün Türkiyəyə getmişdim. 5 gün orada qaldım. Hər şey yaxşıdır. Səhhətim də normaldır. Yanvarda qardaş ölkədə əməliyyat olunmuşdum. May ayında müayinədən keçməli idi. Koronavirusa görə yollar bağlandı, gedə bilmədim. Təzəlikcə qayıtmışam. Ölkəyə dönən kimi 14 günlük karantinə aldılar. ASAN Xidmətə zəng vurub səbəbini soruşdum. Dedilər ki, qayda belədir. Xarici ölkədən qayıdanlar iki həftə evdən bayıra çıxmamalıdır. İndi bayıra da çıxa bilmirəm. Evə ərzağı uşaqlar alır”.

635x100

Şərhlər

Adim Gunel 2020-07-31 13:48:09

Allah can sagligi versin aktyorumuza

Eli 2020-07-30 18:02:20

Rasim bey bizim en istedadlı mükemmel sexsiyyetıne hörmet eden ve Xalq terefinden birmenalı olaraq sevilen bir insan ,aktyordur Allah qorusun onu.Özünü qoru ey gözel İnsan.Senin kimi rehmetlik Fuad Poladov kimi şexsiyyetler milletimizin Dövletimizin fexri ve servetidir.

Son yazılar