“İşsizliyin aradan qaldırılması üçün dövlət tərəfdindən mühüm işlər görülür”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Biz keçmişi yaddan çıxartamalıyıq. Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi. İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətlər etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təsərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir”, - S.Novruzov əlavə edib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycan təhlükəsizlik adasıdır: “Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbayacanı gözü götürməyən qüvvələr olacaq. Biz onlara qarşı birlikdə mübarizə aparmalıyıq”.


Şərhlər
Siyavuş Novruzov , sənə, cəmiyyət nifrət edir, chunki, sən YALANCHISAN..........
Var,var Siyavus muəllim var,niyə yoxdu. Orda olan problem burdakindan yalan olmasin ,bəlkə də azi 420 dəfə coxdu.Taa sənin sözunun qabaqinda nə demək olar,savadli,aqilli adamsan.Bəlkə də senin kimi ölkədə tehsilli savadli ikinci bir adam yox dərəcəsindedir.Mən ölum o medallarini bir tax qəsəng bir səkil cəkdir,qoy seni istemeyenler yanib tökulsun.Sən xalqimizin fexrisen axi.
Siyavuş müəllimə baxanda, yadıma Cəlil Məmmədquluzadənin hekayələri düşür. Başqa nə deyəsən
Известный азербайджанский политик не зря называл этого " Депутата " Двоечником
Siyavuş bəy kənd təsərrüfatının inkişafının nədə gördüyü olduqca maraqlıdır.Yəqin oliqarxların kəndlilərin əlindən aldığı torpaqlardakı parnikləri,otlama sahələrinin məhv edildiyini,bazarlarda mənşəi məlum olmayan meyvələrin xaricdn gətirildiyini,ölkəyə hətta sarımsağınxaricdən gətirildiyini,pambıq tədarükünün iflasa uğradığını və ölkəyə gəlir gətirmədiyini,iran və Türkiyə,Rusiya.Polşadan kartof tədarükünü və bunlar kimi çox məhsulları,mmeyvə və tərəvəzin xaricdə gətirildiyini nəzərdə tutur.Əhsən,kəmalına!,taxılla iqaı
Problemsiz hətta bir ev də olmur.Amma Azərbaycandakı kal qarpızlar heç yerdə yoxdur
O vaxt elə olubdur deyə indi ölkəni varvarski çapıb talamalıdırlar? İkincisi də onlar 1 il hakumyətdə olıdular düşmənlə kişi kimi müharibə etdilər. Ticarətlə məşğul olmağa imkanları yox idi. Gedəndə də səngərlərdə idilər.
Siyavuş Indi də ABŞ-a ilişirsən. Millətin əsəbləri ilə uşaq pulu, və başqa oynadın. ABŞ-ın əsəbləri ilə oynayırsan.