Afaq Bəşirqızının məktəb direktoru olan gəlini ilə bağlı açıqlama

Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.

"Report" xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri olub.

Xatırladaq ki, 7 nömrəli tam orta məktəbin direktoru Həsənova Könül Ədalət qızı Təhsil Nazirliyinin 13.07.2020-ci tarixli əmri ilə Bakı şəhəri 27 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, K.Təhməzova xalq artisti Afaq Bəşirqızının gəlinidir.

635x100

Şərhlər

oleq 2020-08-14 17:36:16

Afaqa nəsə verildi,nəticəni gözləyək

Son yazılar