Cəlilabad rayon Göytəpə şəhərinin bir qrup sakini Təhsil nazirinə müraciət ünvanlayıb. Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı orta məktəbin direktoruyla bağlı valideynlərin xahişi yer alıb.
Valideynlər Təhsil nazirindən hazırkı məktəb direktoru Zaur Ələkbərovun başqa məktəbə direktor kimi göndərilməsinə imkan verilməməsini xahiş edirlər: “Aldığımız məlumata görə, Zaur Ələkbərovla direktor kimi bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və başqa məktəbə direktor göndərilməsi ehtimalı var. Bu xəbər həm məktəb kollektivinin böyük hissəsinin, həm də valideynlərin narahatçılığına səbəb olub. Əminik ki, Zaur Ələkbərovun məktəbimizə rəhbərlik etməsi müddəti uzadılmasa, burada yenidən neqativ hallar baş qaldıracaq və tədris prossesi unudularaq, yenidən korrupsiya ön plana keçəcək.”

600-ə yaxın valideynin imzaladığı müraciətdə qeyd olunur ki, Z.Ələkbərov 2017-ci ildə məktəbə direktor təyin olunandan sonra məktəb korrupsiyasız və şəffaf şəkildə idarə olunmağa başlayıb: “2014-cü ildə “ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş Zaur Ələkbərovun savadlı idarəçiliyi nəticəsində məktəbimizdə sağlam mühit yaradılmış, təhsilin keyfiyyəti yüksəlmiş, şagirdlərə şəxsiyyət kimi baxılmağa başlamış, əhali arasında məktəbin işgüzar nüfuzu xeyli artmışdır.”

Sonda valideynlər xahiş edirlər ki, Təhsil naziri şəxsən bu məsələ ilə maraqlansın və Z.Ələkbərovun sözügedən məktəbdə direktor kimi fəaliyyətini nəzərdə tutan müqavilənin uzadılmasına dair göstəriş versin.
Tahir
AzPolitika.info


Şərhlər
Zaur Məlum ədalətli müəllimdir. 1 saylı məktəbin ona ehtiyacı var
biz validyiner nazirimizden xayiş edrik Zaur melimin yerini deyismesiner.biz balalarımızn oxdugu mektebde yenede onun direktoruq etmesini istyrik
Əsl muəllim adına laiq insan.Əsl idarəçi,əsl insan,işi barəsində hər zaman məsuliyyətli olan bizim dəyərli muəllimimiz.Biz məktəbdə oxuyan vaxtı Zaur muəllim direktor vəzifəsinə təyin olundu.Bundan əlavə Zaur Ələkbərov Zakir oğlu 2014cü ildə ilin ən yaxşi müəllimi adına laiq görülmuşdu.Bu dəyərli insan bu vəzifəyə gələndən korrupsiyaya son qoymuş,şagirdlərə qayğı ilə yanaşmış və vəzifəsini laiqincə yerinə yetirmişdir.Zaur Ələkbərov vəzifəyə gəldikdən sonra məktəbde bir çox təmir işləri aparılmış,bir sıra cihazlarla təmin olunmusdur.Çünki o əsl direktor kimi vezifesini laiqince yerine yetirmişdir.
Əsl muəllim adına laiq insan.Əsl idarəçi,əsl insan,işi barəsində hər zaman məsuliyyətli olan bizim dəyərli muəllimimiz.Biz məktəbdə oxuyan vaxtı Zaur muəllim direktor vəzifəsinə təyin olundu.Bundan əlavə Zaur Ələkbərov Zakir oğlu 2014cü ildə ilin ən yaxşi müəllimi adına laiq görülmuşdu.Bu dəyərli insan bu vəzifəyə gələndən korrupsiyaya son qoymuş,şagirdlərə qayğı ilə yanaşmış və vəzifəsini laiqincə yerinə yetirmişdir.Zaur Ələkbərov vəzifəyə gəldikdən sonra məktəbde bir çox təmir işləri aparılmış,bir sıra cihazlarla təmin olunmusdur.Çünki o əsl direktor kimi vezifesini laiqince yerine yetirmişdir.
Mende Goytepe sakini olaraq Zaur muelliminekteb direktoru vezifesinde caliwmagini isteyirem.
Övladımın Zaur müəllim kimi bir direktorun rəhbərlik etdiyi məktəbdə təhsil almasına görə bir valideyn kimi çox razıydım bundan.Niyə axı bir səbəb olmadan belə yüksək idarəçiliyi olan bir direktorun yerini dəyişmək istəyirlər? Bir valideyn kimi Təhsil Nazirimizdən xayis edirəm Zaur müəllimin yerini dəyisməyin.Qoy yenə də Göytəpə səhər 1 nömrəli məktəbdə direktor qalsın.Biz valideynlər də çox arxayın və rahatlıqla övladlarımızı bu məjtəbə göndərək.İmkan verin Zaur məllim kimi təmiz və vicdanlı bir insan bizim usaqlarımız oxuyan öz məktəbimizin direktoru olsun
Çox gözəl idarəçi ,təşkilatçı,öz işini bilən, üzərinə düşən məsuliyyəti layiqcə yerinə yetirən, kollektivin,valideynlərin, şagirdlərin hörmətini qazanan, korrupsiyaya son qoyan,eyni zaman da aztəminatlı ailələrin övladlarına xüsusi qayğı göstərən, qayğıkeş,xeyirxah, fərdi və xüsusi təhsilə cəlb olunmuş şagirdlərə baş çəkib,onların qayğısına qalaraq,ehtiyaclarını ödəyən və.s bunun kimi bir çox xeyirxah əməlləri olan direktor Ələkbərov Zaur Zakir oğlunun yeniden Cəlilabad rayon Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə ,öz işine və vəzifəsinə qayıtmağını ,Cənab Nazir Sizden xahiş edirik. Çünki belə direktorlar çox azdır . Və bizim belə direktora ehtiyacımız var.
Zaur m. ile hec bir qohumluq elaqemiz yoxdur ve hemishe duzgunluyun terefdari olmusham. Valideyinlerin muracietinden xeberim yoxdur. Amma Zaur m mektebe rehberlik elediyi donemde musbet deyishiklikler cox olub. Eger cixarilmaginda esasli deliller yoxdursa, direktor kimi qalmagi yaxshi olardi.