NƏHƏNGLƏRİN CƏMLƏŞDİYİ HOLDİNQƏ RƏHBƏR TƏYİN OLUNDU - Foto + DOSYE

Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki,Azərbaycan İnvestisiya Holdinqi bir nüçə gün əvvəl prezident İlham Əliyev tərəfindən yaradılıb. Holdinqin yaradılmasında məqsəd Azərbaycanın iri dövlət şirkətlərinin (SOCAR, AZAL, ADY və digərləri) effektiv idarə edilməsidir.

 Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

635x100

Şərhlər

Rəşad 2020-08-21 19:38:48

Çox qəribədir?! Bu insanın bir azda olsa hər hansı bir zavod, fabrika, istehsal muəssələrində idarəetmə praktikası yoxdur. Bu kimi nəhəng şirkətləri necə təhlil edib idarə edəcək? Nə vaxta qədər bizim itisadiyyatımızı eyri mütəxəssiz hüuşunaslar rəhbərlim edəcək?sb

Eli 2020-08-20 17:40:41

Ümid yene tehsil nazirliyinedirÖlke iqtisadiyyatını ayağa qaldırsa müellimler qaldıracaq.Müellimlere yaşıl işıq.Ela çox gözel her şey müellim terbiyesinden başlayır.Siyaset ,iqtisadiyyat,ordu quruculuğu,sehiyye ves,ve i.

İ.İmamov 2020-08-20 14:45:02

Təbrik edirəm və uğurlar arzulayıram !.

t.ədalət 2020-08-19 15:59:26

Mikayıl Cabbarovun kadrıdır.

Azər 2020-08-19 15:56:03

Əmlak Məsələləri Dövlət Komitəsi qalıb axı,onu yazmamısınız.Kərəm Həsənovu əvəzləmişdi, İnciklik salmayın,düzəliş etsəniz yaxşı olar.

Son yazılar