Menu

TƏBİB karantin rejimində keçirilən toylar barədə açıqlama verdi

21.08.2020, 18:25
TƏBİB karantin rejimində keçirilən toylar barədə açıqlama verdi

“Toyların və ya hər hansısa yığıncaqların təşkil olunması ilə bağlı bildirmək istəyirəm ki, ölkədə karantin rejimi qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bu qərarlar Baş Nazir tərəfindən, dövlət tərəfindən verilir. Bu qaydalara riayət etmək hər kəsin borcudur. Mən buna sadəcə olaraq həkim kimi münasibət bildirə bilərəm”.

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkədə bəzi şəxslərin toy etməsi barədə sualı cavablandırarkən deyib.

“Başqa tərəfdən, bu proseslərin qiymətləndirilməsi aidiyyatı orqanlar tərəfindən aparılır. Bundan əlavə, aidiyyatı orqanlar reydlər keçirir. Çatışmazlıqlar aradan qaldırılmalıdır. Biz yeni qaydalarla yaşamağa öyrənməliyik”, o bildirib.

Şərhlər

PS 2020-08-22 07:15:53

Bes polis hara baxir ? Ayib olsun cox ayib ! Bu millete yene arxadan zerbe vuruldu !

ad yoxdu 2020-08-21 20:44:09

bir sozle gucunuz yalniz kasiba catir,bow yere milleti aldatmayin,ozunuzcun oz kefinizdesiniz,siz,a kiwi size siz millet qedri bilensiz????

Vətəndaş 2020-08-21 20:32:03

Qanun kasıblar üçündür.Nəyə görə Novxanıdaki toyda iştirak edənlər cəzalanmir ?

kasıb 2020-08-21 18:38:01

Milləti talayanlar atanlar üçün qanun yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol