Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq Baş Prokurorluğa verilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təstiqləyib.
Qurumdan bildiriblər ki, vəkil Adil İsmayılovun yaydığı məlumat düzgündür: "Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır".


Şərhlər
Eldar Həsənovla yaxınlığı olan şəxslərin yüksək vəzifələrə təyin edilməsi göstərir ki,onu tezliklə həbsdən azad edəcəklər.Hiss olunur ki,cinayət işinə xitam vermək üçün yollar aranır.Həbsin DTX ilə bağlılığını aradan qaldırıb prokurorluğa göndərilməsi onun üzvü olduğu kürd təşkilatının qayğısıdır.