Menu

"Fövqəladə vəziyyət davam etməlidir" - ÜST

26.08.2020, 11:02
"Fövqəladə vəziyyət davam etməlidir" - ÜST

“Yanvarın 30-da biz beynəlxalq ictimaiyyətin sağlamlıqla bağlı narahatlığını nəzərə alaraq fövqəladə vəziyyət elan etdik. Bu, bizim hamımız üçün lazımi bir tədbirdir. Ümumdünya Səhiyyə Təşkilatının nəzdində fövqəladə hallar üzrə komitə var. Həmin komitədə müstəqil ekspertlər fəaliyyət göstərir”.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə mətbuat katibi Marqaret Harris "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, indi də vəziyyəti gözdən keçirmək üçün görüşlər keçirilir:

“İyulda da görüş olub.Ümumi rəyə əsasən fövqəladə vəziyyət davam etməlidir. Nə vaxt ki, bütün ölkələrdə yoluxma və ölüm halları azalacaq, ölkələr arasında yoluxma olmayacaq o halda fövqəladə vəziyyəti ləğv edəcəyik. Hazırda isə həmin şərtlərdən çox uzağıq”.

Şərhlər

Həkim 2020-08-26 12:59:49

ÜST-ün açıqlamaları mənası və əsassızdır.Bunu ABŞ,Çin və hətta Belorussiya təsdiqlədi.Yoluxmaların olub-olmamasından asılı olaraq fövqəladə vəziyyətin tətbiq olunması həm insanlara,həm ölkələrə həm sağlamlıq və həm də iqtisadi cəhətdən zərərlidir.Eyni zamanda nəzərə alınsa ki,statistika həqiqətə iyğun göztərilmir və burada ən çox siyası məqsədlər güdülürşbu zaman ÜST-ün göstərişlərinin məqsədli olduğu aydın olur.İnsanlar qoyulan şərtlərə riayət etdiyi halda fövqəladə vəziyyətdə cəmiyyəti sıxıb saxlamaq,insanlarda stress,insult,hipertonik vziyyətləin artımına yol vermək cinayətdir.m

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol