Menu

Bərdədə 12 nəfər "Aşura" mərasiminə görə saxlanıldı

30.08.2020, 15:23
Bərdədə 12 nəfər "Aşura" mərasiminə görə saxlanıldı

Bərdə rayonunda bir qrup şəxs xüsusui karantin rejimini pozublar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report" a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Beyləqan şəhəri ərazisində yerləşən H.Abdullyevə məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və ev yiyəsi ilə birlikdə orada olan 12 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol