Menu

Keçmiş hakimin ömürlük cəzadan şikayəti rədd edildi

31.08.2020, 17:17
Keçmiş hakimin ömürlük cəzadan şikayəti rədd edildi

Apellyasiya Arbitraj Tribunalı keçmiş futbol hakimi Anar Niyazovun apellyasiya şikayətinə baxıb. "Report"un məlumatına görə, tribunal Niyazovun şikayətini təmin etməyib.

UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak etdiyinə görə onun futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi barədə İntizam Komitəsinin 16 mart 2017-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol