Türkiyə prezidentinin keçmiş köməkçisi, hazırda Türkiyə Prezidenti yanında Rəyasət Heyətinin Ali Məşvərət Şurasının üzvü Bülent Arınç və həyat yoldaşı koronavirusa yoluxub.
Türkiyə mediası xəbər verir ki, bunu, Bülent Arınc özü yazılı açıqlama ilə bəyan edib.
“Bu gün xanımım və mənim koronavirusla bağlı verdiyimiz testin nəticələri pozitiv çıxdı. Sağlıq vəziyyətimiz hal-hazırda, şükürlər olsun ki, yaxşıdır. Müalicəmiz bu mərhələdə həkimlərin nəzarətində olmaqla ev şəraitində davam edəcəkdir. Dualarınıza və xoş diləklərinizə ehtiyacımız var. Bizlər də bu və bənzər xəstəliklərə məruz qalan bütün dostlarımıza və millətimizin hər bir fərdinə Rəbbimizdən şəfalar arzulayırıq”,-deyə açıqlamada bildirilir.
Xatırladaq ki, bundan öncə Türkiyənin keçmiş baş naziri Binali Yıldırımın və xanımının da COVİD-19 virusuna yoluxduğu məlum olmuşdu.


Şərhlər
Allah şəfa versin!