Menu

Belqradın mərkəzində avtomobil partlayıb

13.09.2020, 17:30
Belqradın mərkəzində avtomobil partlayıb

"BMW X5" markalı avtomobil Serbiyanın paytaxtı Belqradın mərkəzində əsas küçələrdən birində hərəkət zamanı partlayıb. “Report”un məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyinə istinadən TASS bildirib.

Qeyd edilir ki, hadisə zamanı iki nəfər xəsarət alıb.

"Bu gün saat 12:15-də (Bakı vaxtı ilə saat 14:15-də - red) Novi-Beoqrad ərazisində, Omladinsk briqadası küçəsində hərəkətdə olan avtomobilin partlayışı baş verib, nəticədə iki insan yaralandı”, - Daxili İşlər Nazirliyi mətbuat xidmətində bildiriblər.

Hazırda polislər partlayışın qəsdən törədilib-törədilmədiyini müəyyənləşdirməyə çalışırlar. Hadisə yerində istintaq qrupu işləyir. Cinayətin mümkün icraçılarının axtarışı aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol