Azərbaycanın dövlət büdcəsinin kəsiri 400 milyon manatı ötüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 954,7 milyon manat, xərcləri isə 16 356,2 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və 11,2% çoxdur.

Son nəticədə büdcədə 401,5 milyon manat kəsir yaranıb. Xatırladaq ki, yanvar-iyul aylarının yekunununda büdcə kəsri 182,4 milyon manat olub.

635x100

Şərhlər

Hüseyn 2020-09-16 00:49:41

Hüquqşünaslar iqtisadiyyatı idarə edəndə "ölünü qoy,dirini ağla".

M.Əsgərov 2020-09-15 18:58:45

burada anormallıq yoxdur, iqtisadi qaydalara uyğundur.....

Səlim 2020-09-15 17:00:15

Çox pis və düşünməli və təcili tədbir görməli göstəricidir.

Son yazılar