"Deputatın bu təklifi real deyil" - Ekspertdən açıqlama

Azərbaycanda sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması yenidən gündəmə gətirilib. 

Deputat Jalə Əliyeva Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deyib ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır.

Xatırladaq ki, əvvəllər də bu təklif Milli Məclisin başqa üzvləri tərəfindən səslndirilib. Təklifin müəlliflik hüquq isə deputat Siyavuş Novruzova məxsusdur.

Sosial şəbəklərə şəxsiyyət vəsiqəsi ilə girişin texniki baxımdan mümkünlüyü sual doğurur. Çünki "Facebook", Twitter", "Youtube", "Telegram" və s. platformalar inkişaf etmiş Qərb ölklərinin aparıcı şirkətlərinə məxsusdur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "AzPolitika.info"-ya şərhində bildirib ki, bu cür təkliflər real görünmür: "Nəzəri olaraq sosial şəbəkələr öz data mərkəzlərini gəlib burada - bizim ölkədə qursalar, bizim vətəndaşların da fərdi məlumat bazası ora inteqrasiya olunsa, mümkün olar. Amma bu real deyil".

AzPolitika.info

635x100

Şərhlər

SAHİD 2020-09-17 18:53:32

15 ildə bu JALƏ ƏLİYEVADAN bir normal düşüncə sahibinə malik bircə təklif eşitmisiniz.Əsla mümkun deyil....

jala ya 2020-09-17 17:42:22

malades, bu güclü təklif verənə. Bu internet sonra kimə və nəyə lazımdır, ondan sonra kim internet alar?

Deputat 2020-09-17 17:21:39

siyaquş təklif edb ki, sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə girsinlər. Düz deyr... Bəs özü necə girəcək? Vəsiqə ilə ya sabunla?..

Son yazılar