Menu

Türkiyədə pandemiya qurbanlarının sayı 7 500-ü ötdü

20.09.2020, 20:25
Türkiyədə pandemiya qurbanlarının sayı 7 500-ü ötdü

Bu gün Türkiyədə daha 61 nəfər koronavirusdan ölüb. “Report“ xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahretti Koca bildirib.

Nazir qeyd edib ki, bununla Türkiyədə pandemiya qurbanlarının sayı 7 506 nəfərə çatıb.

O, bildirib ki, son sutkada daha 1 519 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 302 867 nəfərə yüksəlib. Ölkədə 1 456 nəfər ağır koronavirus pasiyenti var.

Fahrettin Kocanın sözlərinə görə, bu gün 1 116 pasiyent koronavirusdan sağalıb. Beləliklə, təhlükəli infeksiyadan sağalanların ümumi sayı 266 117 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol