"Hərbi vəzifəlilərin təlimə çağırılması plana uyğun şəkildə həyata keçirilir" - Dövlət Xidməti

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları planlı şəlildə hərbi təlimə çağırılırlar".

"Report" xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi mayor Füzuli İsmayılov deyib.

Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifəsindən biri olaraq ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib: "Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları həyata keçirilir və bu plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb.

Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, bu yola salınma hərbi təlim toplanışları ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir. Bir daha qeyd edirik ki, bu təlim toplanışı plana uyğun şəkildə həyata keçirilir".

635x100

Şərhlər

rasim quliyev 2020-09-21 21:44:18

Eli Hesenov,Eldar Mahmidovun,Ziya Memmedovun ogullari ucun Azerbaycan Veten deyil veten yalniz kasib kusub ogullari ucun,yari-ac yari tox ovladlari ucundur bu Veten .Onlari qaymag bal yeyer kasib birteher dolanar .Amma muharibede onlar geder cunki onlar bu xalqi ve prezidentini qepik qurusu satmaz .Cunki kasib merd olar

Son yazılar