Menu

Təhsil Nazirliyindən "Arsak" toponimi açıqlaması

21.09.2020, 20:35
Təhsil Nazirliyindən "Arsak" toponimi açıqlaması

Təhsil Nazirliyi ötən günlər ərzində sosial şəbəkələrdə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı bir çox qeyri-peşəkar və tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli yayılan məlumata aydınlıq gətirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, burada əslində tarixi həqiqət təhrif olunaraq əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Ancaq bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir.

"Acınacaqlısı budur ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə Təhsil Nazirliyinin nəşr etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat vermişlər. 

Əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub. Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Bu, aşağıda göstərilən foto nümunədə də öz əksini tapır. Hələ 2015-ci ildə Təhsil Nazirliyi bununla bağlı rəsmi olaraq öz mövqeyini bildirib. Buna baxmayaraq, həmin məsələ yenidən gündəmə gələrək insanlarda çaşqınlıq yaradıb. Bir daha tarixçilərin dəqiq mənbələrinə istinadən deyə bilərik ki, tarix dünənin mirası olmaqla, həm bu günün mirası, sabahın aynasıdır. Biz hamımız tarixi gerçəkliyi dəqiq mənbələrə istinadən verməklə, həm də öz missiyamızı yerinə yetiririk", - məlumatda qeyd olunub.

Şərhlər

t.ədalət 2020-09-22 11:19:47

Ümumiyyətlə,"artsax" sözünü bu gün hallandırmaq,yəni onu orta məktəb dərsliyinə salmaq ermənilikdir.Bu da Yaqub Mahmudovla Gənclər nazirliyinin işini-gücünü kənara atıb,"Sarı gəlin yunan qızıdır"-kimi mənasız oyununa bənzəyir.Biz nə vaxta kimi ağılsız adamların ağılsız yazıları ilə üz-üzə qalasıyıq?

Eko 2020-09-22 08:17:11

Derdeee

.EJDER NAQILBAZ 2020-09-22 02:09:55

HA HA HA ,ANALOQU OLMAYAN CAVABDIR

qaçqın 2020-09-21 22:32:38

Hiler SSSR-Ə ücumdan qabaq təxribat qruplarını göndərmiş idi --indi AZƏRBAYCANDA düşmən təxribatçılarının varlığından şübhələnirəm?

Mubariz 2020-09-21 21:40:47

Belə çıxır ki , Dağlıq Qarabax olmayıb əslində arsak olub ,onda tarixçilər ermənilərin qoyduğu adların hamısına sahib çıxsınlar

Mubariz 2020-09-21 21:40:47

Belə çıxır ki , Dağlıq Qarabax olmayıb əslində arsak olub ,onda tarixçilər ermənilərin qoyduğu adların hamısına sahib çıxsınlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol