"Polisin gördüyü iş düzgün deyil" - Erkin Qədirli

“Pikapların müharibə məqdəsləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru (başqa ölkələrdə də var). Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli “Facebook” səhifəsində yazıb.

“Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). Pikap və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də”, - ReAl-çı deputat əlavə edib.

635x100

Şərhlər

Israfil 2020-09-23 10:15:46

SSRI-i vaxtinda Sizin dediyiniz kimi idi.Bu xüsusda bolan avtomobillər Dövlət qeydiyyatına alindiğda tərtib edilmiş ərizə blanklarinda hərbi komissarliğı qeydiyyat ştampı olmadan hərbi təyinatlı avtomobillər DAM-də qeydiyyata alınmırdı.

Emin 2020-09-23 09:59:55

Mende bir hūquqşūnas olaraq Erkin beyin fikri ile tam raziyam, cox dūzgūn deyir. Yoxsa milleti aldadib guya avtohadiseye göre saxlanmasi bu bir özbaşinaliqdir!!!

Son yazılar