Acarıstanda sərt məhdudiyyətlər tətbiq olunacaq

Sabahdan Acarıstanda epidemioloji vəziyyətin pisləşməsi səbəbindən məhudiyyətlər tətbiq olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bölgədə restoranların fəaliyyətinə saat 22:00-dək icazə veriləcək.

Hökumət rəsmisi Acarıstanda bütün ictimai nəqliyyat növlərinin hərəkətinin tam dayandırılacağını deyib.

Qeyd edək ki, son sutkada Acarıstanda koronavirusa 164 yeni yoluxma halı qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar