"Anglo-Asian Mining Plc." Azərbaycanda 46 mln dollar gəlir əldə edib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin yanvar-iyun ayları ərzində 45,9 milyon ABŞ dolları gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin bu ilin ilk yarım illiyi ilə bağlı hesabatında qeyd olunub.

Hesabata görə, bu, 2019-cu ilin ilk altı ayının göstəriciləri ilə müqayisədə 6% çoxdur.

Şirkətin vergiyəqədərki mənfəəti 11,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 14,6% çoxdur.

Bu müddət ərzində şirkətin sərbəst pul axını 13,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar-iyun alları ilə müqayisədə 34% çoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar