Menu

AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq - VİDEO

25.09.2020, 17:43
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq - VİDEO

Azərbaycan Televiziyası (AzTV) Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ərtoğrul” teleserialını yayımlayacaq. AzTV-dən verilən məlumata görə, TV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına başlanılıb.

Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək.

Qeyd edək ki, 2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın ssenarisi Mehmet Bozdağa aiddir. Filmdə baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevik çəkilib. “Diriliş Ərtoğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb. O bu filmdəki roluna görə “Kapalı çarşı” jurnalı tərəfindən “Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb.

Serialın ilk seriyasının yayımlandığı günün AB qrupu üzrə reytinq sıralamasında birinci sırada olub.

“Diriliş Ərtoğrul”un hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir. 

Şərhlər

OQTAY 2020-09-26 09:26:30

Rus ve ermeni diline tercume edin,icimizde yasiyanlar var,onlara catmir BOYUK TURK dili.Erebler bu filmi Turk dilinde izleyir,ereb dilinde istemirler...,

Eldeniz 2020-09-25 21:27:34

Dirilis Ertoqrul filminde OQUZ boylarindan behs edilir.O filmi tercume etmek ne drmekdir? Eyni dili bir birine nece tercume ederler?!

Turkoqlu 2020-09-25 20:13:44

Tercumeye ne ehtiyac var.film eski rurk dilindedi,yeni bizim dimizde

Eldeniz 2020-09-25 20:09:18

Tercumeye ne ehtiyac var.film eski rurk dilindedi,yeni bizim dimizde

Turkoqlu 2020-09-25 18:34:17

Tercumeye ne ehtiyac var.film eski rurk dilindedi,yeni bizim dimizde

Yengibar 2020-09-25 18:26:29

Dublyaj sizin başınıza dəysin! Rusun qabağına çıxaranda türk qardaş olur, dilinə gələndə dublyaj edirlər. O dili bu ölkədə başa düşməyən ermənilərdir yəqin...Elə möhtəşəm filmi dublyajla zibilə çevirib qoyarsınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol