Menu

Sumqayıtda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

27.09.2020, 09:36
Sumqayıtda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 45 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol