ERMƏNİLƏRİN ATƏŞ NÖQTƏLƏRİ SUSDURULUR - Döyüş fəaliyyətinin qarşısı alınır

Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.

Bu barədə Müdafiə Nazirliyi xəbər verib.

Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.

Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

635x100

Şərhlər

Hicran İsmayılova Rəhimova 2020-09-28 10:30:01

Allah Azərbaycan xalqını və Prezidentimizi qorusun. azəri türk əsgərlərimiz allah özü qorusun. Qələbə bizimlədir. Eşq olsun Azərbaycana.

Sixiyev servan 2020-09-28 01:20:55

Gozlediyimiz andir gelib catdi butun xeber saytlarina baxitram . Daha etrafli verin xais edirik

Akif 2020-09-27 21:35:57

Eşq olsun igid pəhləvan oğullarımıza , azəri türk əsgərinə. Qələbə yaxındadır. Murdar erməni təcavüzkarlarına ÖLÜM !ərinə

Osmanova Gülhava 2020-09-27 21:25:46

Əziz əsgər balalar! Allah sizlərə yar və yardımçı olsun! Qələbə zəfəri ilə sağ salamat qayıdın! Anaların və xalqın duaları sizinlədir!!!!!!!

Gulya 2020-09-27 16:37:47

İrəli Azərbaycan əsgəri duvalrmiz sizledi Allah qorsun sizləri Amin

Agasef Qedirov 2020-09-27 11:57:49

Xalq milli ordunun yanindadir ve ona tam inanir

Son yazılar