Menu

Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi - AQTA araşdırma başlatdı (Yenilənib)

29.10.2026, 17:20
Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi - AQTA araşdırma başlatdı (Yenilənib)

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin zəhərlənən şagirdlərinə tibbi yardım göstərilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.

Onların popkorndan zəhərləndiyi iddia olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, sözügedən məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol