"DÜŞMƏNİN ÖN XƏTTİ YARILIB VƏ..." - "Ordumuzun zərbələrilə düşmən tam şəkildə geri çəkilir”(Yenilənib)

“Saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olub”.

Bunu sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, hərbi hissələrin ön xətti də atəşə tutulub: “Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub və onların hücuma hazırlaşdığı müşahidə edilib. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib.

Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd işğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeyd edim?

Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir”. 

635x100

Şərhlər

TARIX 2020-09-29 10:12:58

ALLAH KÖMƏYİ OLSUN QƏHRƏMAN ORDUMUZUN.AMİN.

Adam 2020-09-27 16:28:13

Sizə qurban olum, cənab general.Allah əsgərlərimizi qorusiun.

Cənab Nazirə 2020-09-27 15:40:45

Azərbaycan ərazisində özgənin sərhəddə qədər heç xətti, səddi qalmamaqlı, aviasiya düşmən hərbiyyəsini tam məhv etməlidir?

Tural 2020-09-27 15:21:27

Halal olsun ordumuza inşallah bütün torpaqları alıb qələbəni bu yaxınlarda qeyd edək amin Allah bütün Əsgər zabit heyətini qurusun amin

Son yazılar