ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşməsindən narahatdır. Birləşmiş Ştatlar tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmağa çağırır.

Ortaqus vurğulayıb ki, ABŞ həmsədr ölkələrdən biridir və tərəflərə sülhə nail olunması üçün kömək etməyə hazırdır.

Morqan Ortaqus Birləşmiş Ştatların həmçinin Dağlıq Qarabağda dinc insanlar da daxil olmaqla, insan itkilərinə səbəb olan geniş miqyaslı hərbi əməliyyatlardan narahatlığını ifadə edib.

635x100

Şərhlər

Sixiyev servan 2020-09-28 01:24:41

30 ildi bu minsk qurupu bize yalan danisir en dogru qerari cenab prezdentimiz verib bir vetendas kimi coox sevinirem

Xalq 2020-09-28 00:40:11

ey Ortaqus! Sən görməmisən sənin Amerikalı həmsədrin Qarabağda ermənilərnən konyak vurub kabab yeyir? Əgər vaxtında ədalətli olsaydın iş bu həddə gəlib çıxmazdı, ədalətsiz ölkə.

Son yazılar