BİZ, BUNLARDANMI ƏDALƏT GÖZLƏYİRDİK?! – İndi ədaləti özümüz bərpa edirik!

Azərbaycan Ordusunun Ermənistanın növbəti təxribatlarını önləmək üçün başladığı genişmiqyaslı əks-hücum əməliyyatı dünya gündəminin əsas hadisəsinə çevrilib. Qərbin əksər nüfuzlu qəzetləri, xəbər agentlikləri, telekanalları döyüş əməliyyatları ilə bağlı manşetdən xəbərlər yayır. Nüfuzlu “Röyter”, Frans press” agentlikləri, “Evronews” kanalı Ermənistan ordusunun ciddi itkilər verdiyini, Azərbaycan silahlı qüvvələrinin mühüm irəliləyişlər əldə etdiyini yazıblar.

Dünəndən etibarən bütün beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı hərbi toqquşmaların dayandırılması ilə bağlı tərəflərə müraciət edib. BMT-nin baş katibi Antonio Quterreş, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatla sıxış edib, habelə ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistan XİN rəhbərliyi ilə əlaqə saxlayıb, yaranmış vəziyyəti müzakirə ediblər.

Cəbhədə döyüş əməliyyatları isə davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan ordusu sürətlə irəliləyir, düşmənin böyük sayda hərbi texnikası, canlı qüvvəsi məhv edilib, işğalda olan yaşayış məntəqələri, hərbi əhəmiyyətli yüksəkliklərə nəzarəti ələ alıb.

Beynəlxalq təşkilatların və böyük dövlətlərin ciddi əndişəyə düşməsi Azərbaycanın münaqişənin sülh yoluyla həlli ilə bağlı uzun illər nümayiş etdirdiyi səbrli mövqeyinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. İşğala məruz qalmasına, torpaqlarının beşdə birini itirməsinə, əhalisinin milyona yaxınının qaçqına-köçkünə çevrilməsinə, milyardlarla dollar itkilərə məruz qalmasına baxmayaraq, ölkəmiz münaqişənin diplomatik yolla, beynəlxalq hüquq çərçivəsində həlli üçün davamlı səylər edib. Çox təəssüf ki, məhz indi hərbi əməliyyatları dayandırmağa çağıran beynəlxalq güclər, təşkilatlar tamamilə laqeyid, hərəkətsiz, bir çox hallarda işğalçıya bəraət qazandıran, dəstəkləyən mövqedə dayanıb. Bundan ruhlanan təcavüzkar Ermənistan rəhbərliyi Dağlıq Qarabağı, və işğal edilmiş ətraf rayonları məskunlaşdırmağa, infrastruktur qurmağa, yollar çəkməyə, Şuşa, Xankəndində oyuncaq dövlət quruculuğu prosesi aparmağa başladı. Beynəlxalq hüquqa həqarət olan bu oyunbazlıq, nəhayət, Azərbaycanın səbr kasasını doldurdu, düşmənə layiqli cavab vermək, işğalda olan əraziləri qaytarmaq üçün siyasi, diplomatik və ciddi hərbi hazırlıqdan sonra qətiyyətli qərar verildi.

Azərbaycan tamamilə beynəlxalq hüquq çərçivəsində, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək əməliyyat aparır. Yaxşı olar ki, atəşi dayandırmağa, tərəfləri əvvəlki mövqelərinə geri çəkilməyə çağıran ABŞ, Fransa, Rusiya təcavüzkarı adı ilə çağırıb işğalda olan torpaqların boşaldılması üçün, nəhayət, ciddi təzyiqlərə başlasın. Dünya bilməlidir ki, işğala məruz qalmış ölkədən güzəşt tələb etmək yolverilməzdir, bu, nə dünyaya, nə də regiona sülh, sabitlik gətirməyəcək. Azərbaycan haqqına çatmalıdır, dünya ədalətin, sülhün yanında durmaq istəyirsə, Azərbaycanın haqq işinə dəstək verməlidir. Bizim güzəşt yerimiz qalmayıb, səbrimiz tükənib, oturub sülhə ümid etdiyimiz onilliklərdə beynəlxalq güclərdən ancaq ədalətsizlik, düşmənə dəstək görmüşük. Biz, nəhayət, ədaləti özümüz bərqərar etməyə qərar vermişik. Bu yolda bütün itkiləri, təzyiqləri, zərbələri göz önünə almışıq.

Bir xalqın haqq mübarizəsini durdurmağa heç bir qüvvənin gücü çatmaq.

Yaşasın, şanlı Azərbaycan Ordusu!

Elçin Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Azəri 2020-09-29 11:56:31

Erməni faşistlərinə ölüm!

Şahin 2020-09-29 08:05:01

Yaşasın Azərbaycan Yaşasın Azərbaycan ordusu

Amon 2020-09-28 20:37:33

Birlik beraberlik gunudu esq olsun azerbaycan turkiye pakistan xalqina dovletine ve hokumetine.redd olsun rusiya

Qabil Qurbanov 2020-09-28 19:14:12

Elçin Rüstəmli afərin sizə əla yazmısız. "Dünya bilməlidir ki, işğala məruz qalmış ölkədən güzəşt tələb etmək yolverilməzdir". Bu cümlənizi çox bəyəndim.

Əliyev 2020-09-28 18:22:06

Vətən ugrunda həlak olan Şəhidlərimiz daim ürəyimizdədir!!!

Cəmşid Dərələyəzli 2020-09-28 18:18:51

Əhsən beynəlxalq güclərə bu tutarlı cavaba görə.

Слушай,....Путин и Медведев 2020-09-28 17:54:20

Эрдоган призвал покончить с «оккупацией Арменией территории Азербайджана»

Ordumuz IRELI, IRELI !!! 2020-09-28 17:43:39

..........Kreml novbeti HIYLEGER TAKTIKA ile anti - Azerbaycan movqeli chaqirishlar edir ve Azerbaycan Ordusunun, oz erazimizlerden ermeni ishqalchilarinin qovulmasina MANECHILIK TEBLIQATI APARIR........ QETIYYEN, Kremle INANMAQ OLMAZ.

Ayten 2020-09-28 17:33:43

Veten mene ogul dese ne derdim mamir olub qayasinda biterdim.azerbaycan esgeri seninleyik

Səbuhi 2020-09-28 17:22:14

Uca Allah bizə kömək olsun. ALLAH BAŞDA PREZİDENTİMİZ OLMAQLA BÜTÜN ƏSGƏR VƏ ZABİTLƏRİMİZİ QORUSUN. HƏLLEDİCİ GÜNLƏRDƏ AZƏRBAYCAN XALQINA KÖMƏK EDƏN QARDAŞLARIMIZ VAR OLSUN DEYİRƏM.

Şaiq 2020-09-28 17:21:20

Türk dünyasına bu gözəl qələbə sevincini yaşatdıqları üçün Azərbaycan ORDUSUNA EŞQ OLSUN. ÖPÜRƏM SİZLƏRİ.

Vətəndaş 2020-09-28 16:29:31

Damarlarında Azərbaycanlı qanı axan hər bir kəsin ürəyi indi ordumuz,əsgərlərimizlə döyünür. Allah ordumyuzu igidlərimizi qprusun.

Roma 2020-09-28 16:24:37

daşnakların quyruqları qapı arasında qalan kimi sülhdən kompamisdən danışırlar ki, bu da erməni xislətinə xas olan xüsusiyyətdir, amma daha bəsdir necə deyərlər, bıçaq sümüyə dirənib...

Mirzə Qafarlı 2020-09-28 16:14:13

Bu mövqey ədalətlidir və mən bunu alqışlayıram. Yaşasın Azərbaycan, yaşasın mütləq qələbəyə qadir Azərbaycan Ordusu.

Mirzə Qafarlı 2020-09-28 16:14:13

Bu mövqey ədalətlidirvə mən bunu alqışlayıram. Yaşasın Azərbaycan, yaşasın mütləq qələbəyə qadir Azərbaycan Ordusu.

Vətəndaş 2020-09-28 16:07:49

TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDUR. ALLAH TÜRKLƏRİ QORUSUN.

Son yazılar