Menu

İşğalda olan ərazilərin təmizlənməsi dünya mediasında - Qərb mətbuatı nələr yazır?

29.09.2020, 20:05
İşğalda olan ərazilərin təmizlənməsi dünya mediasında - Qərb mətbuatı nələr yazır?

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində keçirdiyi hərbi əməliyyatlar dünya mediasının diqqət mərkəzindədir.

“The Financial Times” qəzeti yazır ki, Rusiyanın bu münaqişədə oynadığı ənənəvi rola Ankara son verib və Türkiyənin Azərbaycanl dəstəkləməsi situasiyanı xeyli dəyişib.

Qəzet yazır ki, əvvəllər döyüşlər qızışanda Moskvanın tələbilə tərəflər danışıqlar masasına əyləşməli olurdu. Bu dəfə isə Rusiyanın çağırışları sanki qulaqardına vurulur, Türkiyənin regional qüvvə kimi yüksəlişi həssas Qafqaz dağları regionunda incə balansı dəyişib.İyul əməliyyatlarında Ankara Bakıya tam dəstək bildirmişdi. Təhlilçilərin fikrincə, bu dəstək Bakını ürəkləndirib.

Karnegi Moskva Mərkəzinin rəhbəri Dmitri Trenin deyir ki, Türkiyənin Azərbaycan vasitəsilə Cənubi Qafqaza getdikcə daha çox cəlbi Rusiyanın elə də xoşuna gəlmir.

“PutinləƏrdogan heç vaxt əsl müttəfiq olmayıblar, olmayacaqlar da. Ancaq öz paralel maraqlarını önə çəkə, fərqlilik və ziddiyyətləri azalda bilərlər ki, bunlar Rusiya və Türkiyə arasında birbaşa münaqişəyə səbəb olmasın”, – təhlilçi vurğulayıb.

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan Ermənistanı Dağlıq Qarabağın işğalını dayandırmağa çağırıb, Azərbaycana tam dəstək bildirib.

Region üzrə ekspert, “Qara bağ” kitabının müəllifi Tomas de Vaalın fikrincə, bunlar Türkiyənin siyasətində böyük dəyişikliyin göstəricisidir.

“Türkiyə həmişə Azərbaycana siyasi dəstək versə də deyirdi ki, münaqişə dinc yolla həll olunmalıdır... İndi isə böyük regional oyunçulardan biri Azərbaycanı dəstəkləyir”, – o

Keçmiş türkiyəli diplomat Sinan Ulgenin fikrincə, Türkiyə və Rusiya ikitərəfli münasibətlərinə ziyan vurmadan münaqişəni həll etməyin yolunu tapmağa çalışacaqlar.

O həm də xəbərdarlıq edir ki, münaqişə məsələn, Naxçıvan Muxtar Respublikasına yayılarsa, bu, durumu daha da qəlizləşdirər. 1921-ci il sazişinə görə Ankaranın Naxçıvanı qorumaq öhdəliyi var.

Bəs Ermənistan-Azərbaycan toqquşmalarında İsrail kimi dəstəkləyir?

“Jerusalem Post” bu suala cavab axtarır. “Körfəz ölkələri ilə yeni sülh sazişləri bağlanır, daha hansı ölkələrin İsraili tanıya biləcəyi müzakirə olunur. Belə bir məqamda Qafqaz çox uzaq görünür”, – məqalədə deyilir.

Ancaq eyni zamanda son əməliyyatlara İsrailin münaqişə tərəfləri ilə münasibətləri kontekstində baxılır. Məsələn, Bakı ilə müdafiə sahəsində ticarət həyata keçirildiyi vurğulanır.

“Azərbaycan bir müsəlman ölkəsi olaraq İsrailə xeyli açıq olub... Amma bu münasibətlər mürəkkəbdir. İsrailin Ermənistan-Azərbaycan münaqişəsində tarixi marağı yoxdur. Bu, İsrailin Ukraynanın şərqində Rusiyayla münaqişədəki mövqeyinə oxşardır. Hər iki halda Krım və Dağlıq Qarabağ separatçı ərazilərdir... İsrail Ukrayna və Rusiya, həmçinin Ermənistan və Azərbaycanla müsbət münasibətlər saxlamağa üstünlük verir”, – məqalədə deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol