“Məsələ elə həll edilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun” - Sahibə Qafarova

“Prezidentin də dediyi kimi bizim uğurlu əkshücum əməliyyatımız 30 illik işğala son qoyacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, məsələ elə həll edilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun: “Düşmənin təxribatı barəsində doğru məlumatları dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü açmaq üçün parlamentin də səlahiyyətlərindən istifadə edilir. Türkiyə TBMM, Pakistan parlamentinin sədri, ATƏT-in Parlament Assamblyesının sədri ilə telefonla danışmışam, Türkiyənin TRT kanalına canlı müsahibə vermişəm. Ermənilərin törətdiyi təxribat, azərbaycanlılara, mülki əhaliyə qarşı hücumları barədə məlumat vermişəm. Baş verənlərə görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını demişəm. Bu günlərdə TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat verib və Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Eləcə də İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən işçi qrupları da bizi dəstəklədiyi üçün təşəkkür məktubu göndərmişəm. Bu gün Prezident və xalq arasında olan sarsılmaz birlik Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”.

635x100

Şərhlər

Vətəndaş 2020-09-30 11:34:43

Düzdür. Eyni zamanda orada 1 nəfər düşmən millətdən qalmamalıdır. Qalsa problem də qalacaq. Yəqin ki, bizimkilər bunu artıq fikirləşib nəzərə alıblar.

Son yazılar