Menu

BU GÜN DÜŞMƏN ORDUYA ENDİRİLƏN ZƏRBƏLƏR - İşğalçıya qan uddurulur! (VİDEOLAR)

30.09.2020, 20:45
BU GÜN DÜŞMƏN ORDUYA ENDİRİLƏN ZƏRBƏLƏR - İşğalçıya qan uddurulur! (VİDEOLAR)

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda genişmiqyaslı döyüşlərə başlayan Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurur. Bunu Müdafiə Nazirliyinin döyüşlər başlayandan yaydığı videogörüntülərdən əyani görmək mümkündür. 

Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

Bu gün də Müdafiə Nazirliyi Ordumuzun düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsini məhv etdiyini təsdiqləyən videogörüntülər paylaşıb. Təkcə bir zərbədə isə düşmənin 30-dan artıq canlı qüvvəsinin məhv edildiyi açıq şəkildə görünür.

Həmin videoları təqdim edirik: 

Şərhlər

İ.Mustafaoğlu 2020-10-01 20:59:38

İgid Ordumuzu Allah qorusun. Onların igidliyi sayəsində torpaqlarımız erməni işxalçılarından təmizlənəcək və ölkəmizdə Qələbə paradı qeyd olunacaqdırir. İnşallah !

Əlizadə Türkan 2020-09-30 23:02:47

Qarabağ Azərbaycanindir!!!

Əlizadə Türkan 2020-09-30 23:00:54

Qarabağ Azərbaycanindir!!!

xanım 2020-09-30 22:13:08

Allah ordumuzun əsgərlərimizin əlinə qoluna güc versin erməniləridə zəlil eləsin Amin inşallah

Amon 2020-09-30 21:48:39

Serefsiz lavrov indi de deyir gelin moskvada gorusun ay sen olesen.27 28 ildi ele salmisiz bizi serefsiz ermeni lavrov

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol