Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Gürcüstana işgüzar səfərə gedib.
"AzPolitika" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və digər rəsmi şəxslər qarşılayıblar.



Şərhlər