"Təəssüf hiss ilə qeyd etmək istərdim ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə xarici jurnalistləri cəlb edərək onları hədəfə çevirir".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Həmin ərazilərə Azərbaycanın icazəsi olmadan edilən səfərlər qanunsuzdur. Bu səbəbdən Azərbaycan onların təhlükəsizliyinə cavabdeh deyil", - o qeyd edib.


Şərhlər
Onları dəvət edənlər və icazə verənlər cavabdeh olur! Azərbaycan xalqına konstitusion borcu üzrə ölkəyə icazəsiz hərbi arsenala qədər nəyi və kimi gəldi buraxmamalıdır! Bunlar da dünyaya yaxılıb gələn lapşa və ya müasir çapayın ankası deyilki?