Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
"Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik", - məlumatda qeyd olunub.


Şərhlər
Hər bir vətəndaşdan çox çox xahiş edirəm DÖVLƏT BAŞÇISININ SƏRƏNCAMLARINA , QƏRAR VƏ FƏRMANLARINA QEYRİ ŞƏRTSİZ İCRA ETSİNLƏR. HƏR BİR VƏTƏNDAŞA YALVARIRAM QANUNDAN KƏNAR HEÇ BİR İŞ GÖRMƏYİN.