Menu

"Dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" - Mixeil Saakaşvili

05.10.2020, 15:11
"Dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" - Mixeil Saakaşvili

“Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətində deyib.

Onun sözlərinə görə, separatçılığı dəstəkləmək qeyri-mümkündür: “Etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.

Şərhlər

OQTAY 2020-10-05 20:27:52

Esq olsun Size!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol