Menu

DÜŞMƏN İTİRDİYİ ƏRAZİLƏRİ GERİ QAYTARMAĞA CƏHD EDİB - İtki verərək qaçmağa məcbur edilib

10.10.2020, 21:47
DÜŞMƏN İTİRDİYİ ƏRAZİLƏRİ GERİ QAYTARMAĞA CƏHD EDİB - İtki verərək qaçmağa məcbur edilib

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

Şərhlər

habil 2020-10-11 09:29:27

Ağılsız və yersiz atəşkəs olduğunu Heç müddətsiz atəşkəs olar?.Heç müharibə getdiyi zaman əsirlər dəyişilər?Belə qərar qəbul edənin ağlı var?

Ruslan 2020-10-11 06:41:01

inşAllah qovrıq o köpəkləri doğma yurdumuzdan Haqq bizimlədir Allah bizimlədir

Kamil 2020-10-11 00:46:30

Atəşkəsdir. İndi erməni hücum edəcək bizə olmaz atəşkəsdir. Kim erməniyə güllə atsa əvvəllər olduğu kimi güllənin pulunu alacaqlar?

şəhidlərimiz 2020-10-10 21:55:57

bu iş belə bitsə başımıza yaylıq baglayıb gedək bu respublikadan....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol