Menu

“ATƏT-in Minsk qrupu Gəncə terroruna qiymət verməlidir” - Prezidentin köməkçisi

11.10.2020, 15:10
“ATƏT-in Minsk qrupu Gəncə terroruna qiymət verməlidir” - Prezidentin köməkçisi

“Ermənistan tərəfindən törədilimiş cinayətlər hərbi və siyasi təxribat kimi qitmətləndirilməlidir”. "Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, düşmənin məqsədi mülki əhalini hədəf alaraq, əhali arasında təşviş və panika yaratmaq olsa da, ancaq buna nail ola bilməyəcək.

H.Hacıyevin sözlərinə görə, düşmənin siyasi məqsədi üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanı təhrik etməkdir ki, Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın mülki məntəqələrinə zərbələr endirilsin və bundan Azərbaycana qarşı istifadə etsinlər:

“Ancaq Azərbaycan Silahlı qüvvələri döyüş məkanında Azərbaycanın işğal olunmuş ərazilərində sülhə məcburetmə əməliyyatları çərçivəsində legitim hərbi obyektləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəs imzalansa da, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərinə hücum – terror aktı həyata keçirdilər. Biz bunu qəti şəkildə pisləyirik və vasitəçilik missiyasını həyata keçirən tərəflər – ATƏT-in Minsk qrupunun özü buna qiymət verilməlidir” – deyə H.Hacıyev bildirib.

Şərhlər

H.Haciyeve TELEB ! 2020-10-11 18:51:13

H. Haciyev, sen , " humanitar atəşkəs " IFADESINI UNUT, chunki, bu , RIYAKAR, HIYLEGER Lavrovun Azerbaycana SIRIDIQI FIRILDAQLIQ, ALCHAQ OYUNBAZLIQI IDI........., TECILI, BMT MEHKEMESINE ve HAAQA - da BEYNALXALQ HERBI TRIBUNALA GONDERIN ishqalchi Ermenistan terefinden TOREDILEN BUTUN CINAYETLER - VANDALIZM BAREDE RESMI SENEDLERI ki, Lavrov ve ishqalchi Ermenistan rehberleri MESULIYYETE CELB OLUNSUNLAR .

B.Qarabağlı 2020-10-11 18:36:00

Bizim SİYASƏT hələ də CİNAYƏTlərin qınanmasını aləmdən istəməklə heç olmazsa öz Ali Məhkəməsində cinayətin mühakiməsindən yayındırırıq? Raket Atanlara qarşı niyə müharibə elan etmirik?

Xalq 2020-10-11 16:36:16

Bu Gəncə qətliamıdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol