Menu

“Ermənistanın Azərbaycan təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır” - Müdafiə Nazirliyi

15.10.2020, 16:27
“Ermənistanın Azərbaycan təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır” - Müdafiə Nazirliyi

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol