"ERMƏNİSTAN BU QƏTLİAMLARIN BƏDƏLİNİ ÖDƏYƏCƏK!" - Ərdoğanın sözçüsü

“Ermənistanın təcavüzünə səssiz qalanlar və onları cəsarətləndirənlər hərbi cinayətə ortaqdırlar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tvitterdə yazıb.

“Ermənistan və havadarları bu qətliamların bədəlini ödəyəcəklər”, - o qeyd edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın qeyd edib ki, kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır

İbrahim Kalın bildirib ki, Ermənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Ermənistan Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı, dinc sakin demədən cinayət törədir. Bu hüquqdankənar fəaliyyət və qətliamlar qarşılıqsız qalmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar