Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir.
Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar