İranda son sutka ərzində 4251 nəfər koronavirusa yoluxub, 337 nəfər isə vəfat edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari məlumat verib.
Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 534 min 631-ə, ölənlərin sayı isə 30 min 712-yə çatıb. Müalicəsi davam edən 4771 xəstənin vəziyyəti ağır olaraq qalır.
Bununla yanaşı indiyədək 431 min 360 nəfər sağalaraq evə buraxılıb.


Şərhlər