Menu

"Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır” - Sahibə Qafarova

20.10.2020, 11:55
"Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır” - Sahibə Qafarova

“Vətən müharibəsində bizim hədəflərimiz bəllidir. Azərbaycanın müzəffər ordusu hər gün öz hədəflərinə çatır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, heç bir qüvvə Azərbaycanı dayandıra bilməz: “Bugünədək cənab Prezidentin dediyi hər bir söz öz təsdiqini tapıb. Azərbaycanın haqq işinin qələbə ilə başa çatacağına xalqımız inanır. Bunu düşmən də bilir. Onların xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq”.

Şərhlər

t.ədalət 2020-10-20 12:04:48

slavyan universiteti və burda yubileyi keçirilən məşhur anti-türk və qatil primakov yadıma düşdü.Məlum bir misrada olduğu kimi "gözdən yaş çıxarmı,ürək duymasa".İndi BSU-nun kollektivində,yəni cani Primakovun kimliyini bilən yox idi?Bunun üçün Primakovu İraqdakı Süleymaniyyə və Ərbildəki hadisələrdən yaxşı tanıyan Qəzənfər Paşayevə müraciət etsəydilər,pis olmazdı.Bu gün Qarabağda itirdiklərimizin də yolu Rusiyanın dostlarından qaynaqlanır.Türkiyə olmasaydı itkilərimiz bir millət kimi yox olacağımıza qədər davam edəcəkdi..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol