Menu

Ebola Afrikada "kök salıb"

10.10.2014, 18:10
Ebola Afrikada "kök salıb"

[caption id="attachment_60891" align="alignleft" width="300"] ABŞ Ebola ilə mübarizə aparmaq məqsədilə Afrikaya hərbi həkimlərin göndəriləcəyini bildirib.[/caption]

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola epidemiyasın ən geniş yayıldığı 3 Afrika ölkəsinin paytaxtlarında xəstəliyin dərin kök saldığını bildirir.

Təşkilatın direktor müavini Bruce Aylward deyib ki, Gvineya, Liberiya və Syerra-Leonedə epidemiyanın qarşısının alınmasına yönələn beynəlxalq addımlar kifayət etmir.

Hər üç ölkə xəstəliklə mübarizə aparmaq üçün daha çox yardım üçün müraciət edib.

Cümə axşamı çıxış edən cənab Aylward 12 gün əvvəlki durumla müqayisədə hazırkı vəziyyətin pisləşdiyini deyib.

"Xəstəlik paytaxtlarda dərin kök salıb. Virusa yoluxanların 70 faizi xəstəlik nəticəsində ölür”.

Beynəlxalq Sərhədsiz Həkimlər (MSF) təşkilatı Gvineya paytaxtında xəstəlik hallarının kəskin şəkildə artdığını xəbər verir.

Cümə günü BBC-ə müsahibəsində təşkilatın prezidenti xəstəliyin yayılması ilə bağlı fəlakətli nəticələrə yol verməmək üçün beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə səsləyib.

"Biz döyüşdə qalib gəlmirik”, Joanna Liu deyib.

[caption id="attachment_60892" align="alignleft" width="300"]

Ebola virusuna 200-dən artıq tibb işçisi yoluxub.[/caption]

Onun sözlərinə görə, indiyədək xəstəlikdən ölən hər 20 adamdan biri tibb işçisidir.

Bu arada İspaniyadakı xəstəxanada Ebola ilə yoluxma halı ilə bağlı 7 nəfər həkim nəzarəti altında saxlanılır.

Onların arasında Qərbi Afrikadan gələn missioneri müalicə edərkən virusa yoluxmuş tibb bacısı Teresa Romero ilə təmasda olmuş iki bərbər var.

Ağır xəstə olan xanım Romero-nun ciddi ölüm riskilə üzləşdiyi bildirilir.

Cümə axşamı Amerikanın yüksək rütbəli səhiyyə rəsmisi Ebola epidemiyasını HİV/AİDS-lə müqayisə edib.

"İctimai səhiyyə sahəsində işlədiyim 30 il ərzində buna bənzər yeganə şey AİDS olub”, - Thomas Frieden Vaşinqtonda keçirdiyi toplantında bildirib.

Ebola xəstəliyinin yayılması nəticəsində əsasən Afrikanın qərbində 3,860-dan artıq adam ölüb. Virusa 200-dən artıq tibb işçisi yoluxub.  /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol