Fransa Türkiyədəki səfirini geri çağırıb

Fransan Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb.

APA-nın yerli bürosunun “Anadolu” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, səfirliyin yaydığı açıqlamada bildirilib ki, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb.

Açıqlamada bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron haqqındakı fikirlərinin qəbuledilməz olduğu bildirilib.

Qeyd edək ki, bu gün R.T.Ərdoğan Kayseridəki çıxışında E.Macronun islam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib. Ərdoğan Makronun bu davranışlarına - psixoloji probleminə görə müalicəyə ehtiyacı olduğunu bildirib və xalqının yanında etimadını itirdiyi üçün gələn il Fransada keçirilən seçkilərdə qalib olmayacağına inandığını vurğulayıb.

635x100

Şərhlər

Özgür 2020-10-25 13:17:22

mənim heç bir fransa prezidentinə yəni nə Jak Şiraka, nə Fransua Mitterana, nə makarondan qabaqkı prezidentə bu makaron qədər mənfi münasibətim olmayıb. Bu açıq aydın türkə münasibətini yəni nifrətini bildirir. Buna görə onu öpüb gözümüzün üstünə qoymayacayıq ki?

Xalq 2020-10-25 13:04:26

ƏDOĞAN nə deyibsə doğru deyib. Guya elə deyil ki? Bu dığaya görə az qalmışdı şalvarını çıxardıb bayraq eləyə. Səs vermədə ona səs versələr fransızlar batdılar.

B.Qarabağlı 2020-10-25 09:32:36

Bəlkə də, daşnaq militarizminin fahiş... kimi oynada bildiyi Fransa siyasilərindən, ABŞ Konqresi və Dövdepindən, İşğalçı Erməni düdüyünə çalan BMT, ATƏT PA və Minsk qrupundan Türkiyə və Azərbaycanın bir müddət uzaqlaşması doğru siyasət olardı?

Xalq 2020-10-24 23:02:02

ƏRDOĞAN düz deyib bu makaron doğrudan da paşinyanın nökəridir və TÜRK düşmənidir.

Son yazılar