Menu

“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik!" - Prezident İlham Əliyev

26.10.2020, 12:38
“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik!" - Prezident İlham Əliyev

“Bir aya yaxındır ki, İkinci Qarabağ Müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən Müharibəsidir. Biz Vətən torpağını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib

“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Qarabağ tarixini biz yaxşı bilirik. Bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülüb”, - deyə Prezident əlavə edib.

Şərhlər

vətəndaş 2020-10-26 12:52:23

Cənab Prezident düz deyirsiz axıra qədər gedib düşməni əzib çıxarmaq lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol