Menu

Rusiya Suriyanı bombalamağa başladı – 50-yə qədər üsyançı ölüb

27.10.2020, 13:08
Rusiya Suriyanı bombalamağa başladı –  50-yə qədər üsyançı ölüb

Bazar ertəsi Suriyanın şimal-qərbində Türkiyənin dəstəklədiyi üsyançıların təlim düşərgəsinə edilən hava hücumu zamanı 50-dən çox döyüşçü ölüb, azı 90 nəfər yaralanıb.

Britaniyada yerləşən Suriya İnsan Haqlarıın Monitorinqi Qrupu öldürülənlərin sayının 78, Suriya müxalifətinin sözçüsü isəölüm hallarının 50-yə yaxın olduğunu bildirib.

Suriyadakı müxalifət qrupları kimi Müşahidə Qrupu da hava hücumunun Suriya hökumətinin müttəfiqi Rusiya tərəfindən edildiyini deyir. Hədəf Suriyanın son üsyançı anklavı - İdlib əyalətinin şimal-qərbi, Suriyanın ən böyük müxalifət qruplarından birinin yerləşdiyi Cəbəl-Əl-Dveydəki Failaq Əl-Şam hərbi təlim düşərgəsi olub.

Suriya İnsan Haqları Müşahidə Qrupu hadisə yerində sağ qalanların axtarışının hələ davam etdiyini bildirib. Failaq Əş-Şamın sözçüsü Yusif Həmmud hava hücumunda ölənlər arasında düşərgə liderlərinin də olduğunu deyib. Düşərgə Türkiyə ilə sərhəd yaxınlığında yerləşir.

Türkiyənin dəstəklədiyi Suriyanın üsyançı Milli Qurtuluş Cəbhəsinin sözçüsü Naci Əl-Mustafa “Associated Press” xəbər agentliyinə bu hücuma cavab verəcəklərini deyib. O, Rusiyanın hava hücumunu cinayət adlandırıb, hökumət və Rusiya hərbi bölmələrini hədəf alacağı ilə hədələyib.

AzPolitika.info

Şərhlər

.............Shoyqu - ya 2020-10-28 00:03:17

Putin, Shoyqu, ne azariniz var Suriyada, hara geldi burnunuzu soxursunuz, qorxmursunuz ki, layiqli cavabinizi alacaqsiniz ??????

Teyfur 2020-10-27 16:14:03

Ermənistan Dövlətinin Öz ərazimizəbirləşdirdikdən sonra onlara mədəni muxtariyyət vermək olar

T.ədalət 2020-10-27 13:29:51

Rusiyanın bu hücumu Türkiyənin diqqətini Azərbaycandan yayındırmağa yönəlib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol