Menu

Fransa mətbuatı da Makron kimi saxta xəbərlər yayır

29.10.2020, 20:57
Fransa mətbuatı da Makron kimi saxta  xəbərlər yayır

Fransanın "France 24" telekanalı və məşhur "Yahoo.com" saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.

“Report” xəbər verir ki, hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim edib.

Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra hər iki sayt fotonu xəbərdən çıxarıb.

Qeyd edək ki, xəbərdə istifadə olunan şəkil oktyabrın 28-də "Report" İnformasiya Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi qanlı terror zamanı lentə alınıb.

Şərhlər

Xalx 2020-10-29 21:37:10

Qurbağayeyənlərə baş qoşmayın... makaronu , belə baxıram dünyada heç kim ciddiyə almır

Xalq 2020-10-29 21:07:39

bir təklifim də var: bu fransızların ağzının yumulması üçün elan verin ki, erməni kilsəsi Bakıda açılacaq sabah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol