BƏRDƏNİ ATƏŞƏ TUTAN "SMERÇ" MƏHV EDİLDİ, ERMƏNİ POLKOVNİK ÖLDÜRÜLDÜ! - Foto + VİDEO

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.

Eyni zamanda Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar