Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini yenidən atəşə tutur. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən bu gün saat 09:50 radələrindən başlayaraq, dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir.
Ermənilər rayon ərazisinə 30-a yaxın top mərmisi atıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.


Şərhlər
Bəs, bizim MÜDAFİƏ QƏRARGAHIMIZ nə deyir? Azərbaycanı raket atəşinə tutan həmin hərbi məntəqə lər nə vaxt məhv ediləcək? Yoxsa, bu cavab zərbələri üçün Paşın, Makron, Koçaryan və ya hansısa Popovdan razılıq almalıyıq?