Menu

AZƏRBAYCANDA KORONAVİRUSA GÜNDƏLİK YOLUXMA 1500-ə YAXINLAŞDI - Təhlükəli statistika

06.11.2020, 17:12
AZƏRBAYCANDA KORONAVİRUSA GÜNDƏLİK YOLUXMA 1500-ə YAXINLAŞDI - Təhlükəli statistika

Azərbaycanda koronavirusa (COVID-19) 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 17 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 14257 nəfərdir.

Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə 1417368 test aparılıb.

Ümumi ölənlərin sayı 811 nəfərdir.

Ümumi yoluxanların sayı 62338 nəfər, ümumi sağalanların sayı 47270 nəfərdir.

Şərhlər

Hekim 2020-11-06 17:39:53

Artıq subut olunub ki, 40 % testler yanlış netice verir.bu 1500 neferden neçesinin kliniki elametleri var? Ve ya ne qeder kliniki elameti olan xestelerin test neticeleri neqativdir. ? Bu qeder teste pul xerclemeyin menasi varmi? Elamet varsa, mualice lazimdir. Heç bir elameti olmayan minlerle insanlari, yalniz test musbetdir deye, tecrid etmeye ehtiyac yoxdur.

Nərminə Şirəliyeva 2020-11-06 17:20:39

TƏBİB, sayğacın qırılsın, bəsdir rəqəmləri şişirdərək millətin əsəbləri ilə oynadığınız!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol